Menu

ABŞ-da atışma olub - 3 nəfər öldürülüb, 2 nəfər yaralanıb

13.09.2016, 18:07
ABŞ-da atışma olub - 3 nəfər öldürülüb, 2 nəfər yaralanıb

ABŞ-ın İndiana ştatında barda baş verən atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də yerli vaxtla gecə saatlarında baş verib.

İnformasiyaya görə, şahidlər polisə barda atışma səsləri eşitdiklərini və bir nəfərin qaçdığını gördüklərini deyiblər.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol