Menu

Azərbaycandan Rusiyaya təhvil verilən terrorçuya hökm oxunub

14.09.2016, 09:00
Azərbaycandan Rusiyaya təhvil verilən terrorçuya hökm oxunub

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutularaq Rusiyaya təhvil verilən İŞİD terrorçusuna hökm oxunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Tümen sakini Altun Məmmədov məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Altun Məmmədov 2013-cü ilin martında Suriyaya gedib. Orada müəyyən dövrlərdə "Ceyş-əl-Mühacirin vəl-Ənsar" və İŞİD-in strukturuna daxil olan "Əbu Hənifə camaatı" terror qruplaşmalarının tərkibində Suriya hökumətinə qarşı döyüşlərdə iştirak edib. O, 2015-ci ilin avqust ayında Gürcüstandan Azərbaycana keçmək istərkən yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həmin ilin dekabrında ölkəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol