Menu

“Sədərək” Ticarət Mərkəzində yanğın -Xəsarət alan var + VİDEO

24.09.2016, 11:59
“Sədərək” Ticarət Mərkəzində yanğın -Xəsarət alan var + VİDEO

Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Sadıqov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib.

Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar.

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub. Yanğın pərdə-tül mağazasında baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

* * *

Sədərək Ticarət Mərkəzində baş verən yanğın sartıq söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

* * *

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol