AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası hökuməti ölkədən buğda ixracına tətbiq olunan rüsumu iki il müddətinə ləğv edib. Bu barədə «Soçi-2016» forumu çərçivəsində yer alan qeyri-rəsmi söhbətlər zamanı baş nazirin müavini Arkadi Dvorkoviç danışıb.
Bu zaman Dvorkoviç qeyd edib ki, rüsumun yenidən tətbiqi planlaşdırılmır, başqa sözlə, rüsum müddətsiz olaraq ləğv edilib.
Bundan əvvəl «RBK» yazmışdı ki, rüsumun ləğvi buğda ixracını artırmağa kömək etməlidir.
Qeyd edək ki, ötən bir il ərzində ölkədən buğda ixracı 7,5 faiz azalıb.

Şərhlər