Menu

Zamin Hacı polis idarəsinə çağırıldı (Yeniləndi)

01.10.2016, 17:40
Zamin Hacı polis idarəsinə çağırıldı (Yeniləndi)

Zamin H"Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Özünün Musavat.com-a verdiyi məlumata görə, bu gün səhər saatlarında ona BŞBPİ-nin istintaq şöbəsindən zəng vuraraq saat 17-də idarəyə söhbətə dəvət ediblər.

Ancaq jurnalistə polis idarəsinə nəyə görə, hansı səbəbdən çağırıldığını deməyiblər.

Hazırda Z.Hacı BŞBPİ-dədir.

***

Təxminən 50 dəqiqə müddətində BŞBPİ-də olan və idarənin əməkdaşı Nazim Abdullayevin suallarına cavab verən Z.Hacı daha sonra sərbəst buraxılıb. Jurnalistə bildirilib ki, onunla aparılan söhbət ictimaiyyətə açıqlanmamılıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol