Menu

Ukraynada atışma başladı: Ordu geri çəkildi

02.10.2016, 00:12
Ukraynada atışma başladı: Ordu geri çəkildi

Bu gün axşam saatlarında Ukraynanın Luqansk bölgəsində məskunlaşan rus sepratçıları atəşkəsi pozub.

Axar.az xəbər verir ki, Ukrayna Baş Qərargahı terrorçuların qumbaraatanlar, pulemyotlar və ağır silahlardan ordunun mövqelərini hədəf aldıqlarını bildirib.

Bundan dərhal sonra Ukrayna silahlı birləşmələrinin postları tərk edərək təmas xəttindən uzaqlaşdığı qeyd edilib. Atəşkəsin pozulması nəticəsində hər hansı itkinin olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, Luqansk Ukrayna ərazisidir. 2014-cü ilin iyulunda Rusiyanın aktiv dəstəyi ilə buradakı separatçılar Ukrayna mərkəzi hakimiyyətinin tabeliyindən çıxıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol