Menu

Rusiya XİN Orta Asiya ölkələri ilə sərhədin bağlanmasına qarşı çıxış edir

03.10.2016, 17:42

zaxarovaAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova miqrasiya problemləri və Əfqanıstandan qaynaqlanan ekstremizmlə mübarizə vasitəsi kimi Orta Asiya respublikaları ilə sərhədin bağlanmasına qarşı çıxış edib. Zaxarova bu mövqeni «TVS» telekanalının «Pravo znat» proqramında çıxışı zamanı ortaya qoyub. Diplomatın çıxışının fraqmentləri telekanalın saytında dərc olunub.

«Hesab edirəm ki, bu (Orta Asiya ölkələri ilə sərhədin bağlanması - red.), məsələnin həlli deyil. Nəzarət, immiqrasiya siyasəti, şəxsi maraqların dərk olunması və onların irəli aparılması - bunlar dominant məsələlərdir. Bu zaman məhz inteqrasiya proseslərinin inkişafı həmin ölkələrdə iqtisadi inkişaf, proqres, elmin inkişafının əvəzinə aztəminatlı əhalinin şüuruna ekstremizmin, terrorçuluğun sirayət etməsinin önlənməsi məsələsində bir peyvənd rolunu oynayır» - deyə, Zaxarova öz yanaşmasını belə izah edib.

«Bu ölkələrdə inkişaf səviyyəsi nə qədər yüksək olarsa, o qədər də onlar Orta Asiya bölgəsinin başı üzərində asılı qalmış - Əfqansıtandan axıb gələn bu təhlükələri daha asan önləmək imkanına malik olarlar» - deyə, Zaxarova əlavıə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol