Menu

Rauf Mirqədirovu məhkəməyə qara maskalılar gətiridi - Fotolar- YENİLƏNİB

25.04.2014, 18:24
Rauf Mirqədirovu məhkəməyə qara maskalılar gətiridi - Fotolar- YENİLƏNİB

Aprelin 25-də Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Jurnalistin vəkili Fuad Ağayev Meydan TV-yə bildirib ki, məhkəmə əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və onu hava limanında MTN əməkdaşları həbs edib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorluq Mirqədirovun 2008-ci ilin ilin aprelindən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə məlumat yayıb. Jurnalist bu ittihamları rədd edib.

Artıq jurnalistin həbsi ilə əlaqədar ABŞ Dövlət Departamenti, AŞ PA rəsmiləri və başqa beynəlxalq təşkilatlar etiraz bəyantları yayıblar.

-------------

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılır. APA-nın məlumatına görə, məhkəmə hazırda həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayətinə baxır.

Jurnalistin məhkəmə binasına daxil olarkən fotoları çəkilib.

Qeyd edək ki, Baş Prokurorluq “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

R. Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol