Menu

Rusiya prezidentinin Türkiyəyə səfərinin rəsmi tarixi açıqlanıb

04.10.2016, 17:02
Rusiya prezidentinin Türkiyəyə səfərinin rəsmi tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını qəbul edəcək: "Prezident İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və Ərdoğanla görüşəcək".

Qeyd edək ki, oktyabrın 9-13-də İstanbulda Beynəlxalq Enerji Konqresi keçiriləcək. Bu tarixdə Türkiyə-Rusiya hökumətlərarası komissiyasının da iclası olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol