Menu

Azərbaycanda dollarlaşma dərəcəsi 82%-ə yüksəlib

05.10.2016, 11:52

dollar752Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il sentyabrın 1-nə 81,6% təşkil edib.

Əvvəlki ay bu göstərici 80,8% olub. İlin əvvəlində isə əmanətlərdə dollarlaşma səviyyəsi 85%, 2015-ci ilin analoji dövründə isə 74,8% təşkil edib.

Cəmi depozit bazasında sentyabr ayının 1-nə dollarlaşma dərəcəsi 81,04% olub. Əvvəlki ay bu göstərici 80,01%, ilin əvvəlində 81,6%, ötən ilin analoji dövründə isə 74,89% təşkil edib.

Kreditlərin strukturunda sentyabrın 1-nə dollarlaşma dərəcəsi 48% təşkil edib. Avqustun 1-nə bu göstərici 48,2%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,12% olub.  /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol