Menu

Abbas Hüseynovun qardaşları səbəst buraxılıb

07.10.2016, 15:04
Abbas Hüseynovun qardaşları səbəst buraxılıb

Nardaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun ötən gün tutulmuş qardaşları sərbəst buraxılıb.

Bu barədə "Report"a vəkil Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, A.Hüseynovun qardaşları - Hüseynağa, Məlik və Elçin Hüseynovlar indi evdədirlər.

Qeyd edək ki, A.Hüseynov 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Onun cinayət işi üzrə məhkəməsinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol