Menu

Çeçenistanda döyüşlər- 8 silahlı öldürülüb, 4 polis əməkdaşı yaralanıb

09.10.2016, 12:11
Çeçenistanda döyüşlər- 8 silahlı öldürülüb, 4 polis əməkdaşı yaralanıb

Çeçenistanda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib.Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, Qudermesk rayonunun Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub: "Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar", - deyə mənbə bildirib.

O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.

Nəticədə 8 silahlı öldürülüb, 4 polis əməkdaşı yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol