Menu

Efiopiyada fövqəladə vəziyyət elan edilib

09.10.2016, 18:41
Efiopiyada fövqəladə vəziyyət elan edilib

Efiopiya baş naziri Haylemariam Desalen uzunmüddətli etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, H. Desalen deyib ki, hazırkı vəziyyət ölkə əhalisi üçün təhlükə yaradır və buna görə də fövqəladə vəziyyət rejimi elan olunub.

Qeyd edək ki, etiraz aksiyaları onlarla insanın ölümünə səbəb olub, iqtisadiyyata ciddi ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol