AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Moskvada 3 nəfər naməlum şəxs Kuba vətəndaşını oğurlayıb. Polis «Perexvat» planını işə salıb. Bu barədə hüquq-mühafizə təşkilatlarındakı mənbəyə istinadla, «Moskva» şəhər xəbərlər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, hücum edənlər Kuba vətəndaşını zorla avtomobilə oturdaraq, naməlum istiqamətə aparıblar. Digər təfərrüat barədə xəbər verilmir.

Şərhlər