Menu

Nazarbayevin Bakıya səfər təxirə düşdü - Xəstələnib

11.10.2016, 15:27

Nazarbaye23456vQazaxıstan hakimiyyəti Nursultan Nazarbayevin “soyuqdəymə” xəstəliyinə tutulması ilə bağlı məlumat yayıb. Rəsmi məlumatda qazax liderin müalicədə olduğu bildirilir. Qazaxıstan hakimiyyəti ilk dəfədir ki, Nazarbayevin xəstəliyi barədə rəsmi məlumat yayır.

Qeyd edək ki, Nazarbayev oktyabrın 12-də Azərbaycana, daha sonra Ermənistana səfər edəcəkdi.

Ancaq az əvvəl "İnterfaks-Azərbaycan" xəbər yayıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya planlaşdırılan səfəri təxirə düşüb.

Bu barədə diplomatik mənbə bildirib. Xatırladaq ki, Qazaxıstan prezidentinin mətbuat xidməti Nazarbayevin soyuqdəymə diaqnozu ilə müalicə olunduğunu açıqlayıb.

Qazaxıstanlı politoloq Eduard Poletayev “Sputnik Qazaxıstan” agentliyinə bildirib ki, n prezidentin xəstəliyi barədə məlumat yaymaq xarakterik deyildi. “Çoxdandır belə xəbərlər olmurdu, ən azından mənim yadıma gəlmir. Əvvəllər prezidentin məzuniyyətə getdiyi, səfərdə olduğu deyilirdi, ancaq soyuqdəymə barədə olmurdu. Əslində burada politologiyalıq da bir şey yoxdur, prezidentin istənilən xəstəliyi heç də həmişə yaxşı deyil”-politoloq bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol