Menu

Seçkilərə 3 həftə qalmış Klinton Trampı 11 faiz qabaqlayır - Sorğu

16.10.2016, 23:17

klinton TRAMPABŞ-da pezident seçkilərinə 3 həftə qalmış Demokratlar partiyasından Hillari Klinton Respublikaçılar partiyasından olan rəqibini 11 bənd üstələyir.

“Report” xəbər verir ki, bunu NBC kanalının keçirdiyi sorğunun nəticələri göstərib.

Araşdırma göstərib ki, seçicilərin 48% öz səslərini ABŞ-ın eks dövlət katibinə veriblər, milyarder Donald Trampı isə 37% seçici dəstəkləyib.

Digər namizədlərdən Hari Conson 7%, Gil Stayn 2% səs toplayıblar. Sorğu 10-13 oktyabr tarixlərində aparılıb. Ümumilikdə sorğuda 1000 respondent iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol