Menu

Rusiyada əhalinin 51%-i KİV-ə inanmır

17.10.2016, 20:14

RUSSIA-ECONOMY-RUBLERusiyada keçirilən sorğuya əsasən ölkə iqtisadiyyatı KİV-də verilən xəbərlərlə müqayisədə daha pisdir.

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "İctimai fikir" Fondundan bildirilib.

Verilən məlumata görə, 2015-ci ilin avqustundan etibarən KİV-ə inanmayan əhalinin sayı 10 bənd artaraq 51%-ə yüksəlib, inanan əhalinin sayı isə 47%-dən 40 %-ə geriləyib. Respondentlərin 46%-i ölkə iqtisadiyyatının işıqlandırılmasında KİV-lərin qeyri-obyektiv olduğunu bildirib. Sorğuda iştirak edənlərin 61%-i ölkə iqtisadiyyatı barədə tam məlumatın verilımədiyini deyib.

Sosioloqların məlumatına görə, Rusiya əhalisinin iqtisadi xəbərlərə marağı da son bir il ərzində 42%-dən 30%-ə enib. Rublun məzənnəsi ilə maraqlanan əhalinin sayı 43% təşkil edib. Respondentlərin 52%-i rublun məzənnəsinin möhkəmlənməsini iqtisadiyyata faydali adlandırıb.

Qeyd edək ki, sorğu oktyabrın 8-9-da keçirilib və Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 1 500 nəfəri əhatə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol