Abşeron rayonu "Atyalı" yaşayış massivində əhaliyə çatası qaz qanunsuz qoşulmuş obyektlərə verilir. Bu barədə qəsəbə sakinləri adından "AzPolitika.info"ya müraciət edən Uğur Həsənovun şikayətində bildirilir. Şikayətdə həmçinin deyilir ki, qanunsuz qoşulmuş obyektlər əhalini qazsız qoyurlar: "Bu kriminal elementlər bu ilin may ayından fəaliyyətdədirlər.O vaxtdan 10 mindən çox əhalisi olan qəsıbə qazın olmamasından əziyyət çəkir. Nə kombi, nə də digər qızdırlcılar işləyir. Xırdalanda Qaz İstimar İdarəsi isə heç bir şikayətə baxmır. Ümidimizi "Qaynar xətt"ə - 185 bağlamışdıq. O da kömək eləmir. Mən 40 dəfədən çox müraciıət eləmişəm, reaksiya yoxdur. Belə "Qaynar xətt" nəyə lazımdı? Hörmətli redaksiya, xahiş edirik bizim dərdimizi lazımı ünvanlara çatdırmaqda kömək edəsiniz!"
Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.

Şərhlər