Menu

Mosulun 5 mindən artıq sakini evini tərk edib! - Son 3 gündə

21.10.2016, 10:57
Mosulun 5 mindən artıq sakini evini tərk edib! - Son 3 gündə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, son 3 gün ərzində Mosul şəhərinin 5,5 mindən artıq sakini öz evini tərk etməyə məcbur olub. Onların əksəriyyəti mühasirə şəraitində yaşayan şəhərdən son 24 saatda qaçıb.

Bu barədə xəbəri Beynəlxalq miqrasiya təşkilatı (BMT) nümayəndəsinin bəyanatına istinadla «Reuters» agentliyi yayıb.

Mosulun «İslam dövləti» (İD) adlandırılan qruplaşmadan azad edilməsi istiqamətində yerüstü əməliyyatlar oktyardın 17-də səhər saatlarında başlanıb. İraq hökumət qüvvələrindən başqa, əməliyyatlarda kürd birləşmələri və beynəlxalq antiterror koalisiyası iştirak edir. Mosul - böyüklüyünə görə İraqın ikinci şəhəridir, əhalisi 1,3 milyon nəfərdir. Şəhər 2 ildən artıqdır ki, «İD»-nin nəzarəti altındadır.

Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç komitəsi xəbərdarlıq etmişdi ki, İraqda vəziyyətin gərginləşməsi, xüsusilə də Mosul ətrafında döyüşlərin başlanması 1 milyona yaxın iraqlının öz evini məcburi tərk etməsi ilə nəticələnə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol