Menu

"Neftin aşağı qiymətləri Türkiyəyə sərf edir" - Nazir

27.10.2016, 13:05

berat-albayrak_171215Türkiyə dünya neft qiymətlərinin 60-70 dollar/barelədək artacağını gözləyir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, neftin aşağı qiymətləri Türkiyə iqtisadiyyatına çox müsbət təsir edir: "Belə ki, ölkə öz neft istehlakının 95 faizini ixrac hesabına təmin edir".

Nazir qeyd edib ki, gələcəkdə qaz daha əhəmiyyətli və strateji resurs olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol