Menu

Sabirabadda avtomobil kanala aşıb - İki nəfər boğulub

27.10.2016, 22:27
Sabirabadda avtomobil kanala aşıb - İki nəfər boğulub

Sabirabadda avtomobil kanala aşıb, iki nəfər suda boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün 10.30 radələrində Sabirabad rayonun Yastıqobu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonunun Ayıbasanlı kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlunun idarə etdiyi “Niva” markalı, 99 BU 480 dövlət nömrə nişanlı avtomobil Sabir kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Avtomobildə olan digər iki nəfər xilas olub.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol