Menu

Qaret Beyl “Real”la yeni müqavilə bağladı – Rəsmi

30.10.2016, 17:51
Qaret Beyl “Real”la yeni müqavilə bağladı – Rəsmi

Uels millisinin yarımmüdafiəçisi Qaret Beyl “Real”la müqavilənin müddətini 2022-ci ilin yayına qədər uzadıb.

Qol.az-ın xəbərinə görə, bu haqda məlumatı “Kral klubu”nun saytı yayıb. Məlumatda bildirilib ki, bununla əlaqədar sabah Q.Beylin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Müqavilənin dəyəri haqda məlumat verilmir.

İspaniya mətbuatı bir müddət əvvəl xəbər yazıb ki, Beyl yeni müqavildə “Real”dan Kriştiano Ronaldonun qazandığı qədər – vergini çıxmaqla həftəyə 410 min avro maaş tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol