Menu

26 yaşlı qız özünü binadan atdı

31.10.2016, 10:13
26 yaşlı qız özünü binadan atdı

Bakıda intihara cəhd olub.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şimal Dress adlanan ərazidə qeydə alınıb.

Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

H. Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol