Menu

Daha bir neçə xarici şirkət Azərbaycanı tərk edir

02.11.2016, 10:46

closed"Asia Central Trading Limited" kompaniyasının nümayəndəliyi, "VAMED ENGINEERING GMBH" və "VİPRO UK Limited" şirkətlərinin Azərbaycandakı filialları ləğv olunub.

"VİPRO UK Limited" şirkətinin fəaliyyətinə xitam verilib ki, bununla əlaqədar şirkət Azərbaycanda dövlət qeydiyyatının təsviyyəsini elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

"Asia Central Trading Limited" kompaniyasının kreditorları isə iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 14, mənzil 3 ünvanına müraciət etməlidirlər.

"VAMED ENGINEERING GMBH" şirkətinin Azərbaycan filialının ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10 mənzil 168 ünvanına bildirə bilərlər. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol