Menu

DƏMİRTAŞ və YÜKSƏKDAĞ HƏBSDƏ QALDI! -HDP-çilər haqda qərar verildi

04.11.2016, 21:43
DƏMİRTAŞ və YÜKSƏKDAĞ HƏBSDƏ QALDI! -HDP-çilər haqda qərar verildi

Dünən gecə saxlanılan HDP-çilərdən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ haqqında həbs qərarı çıxarılıb.HDP-çi deputat İdris Balukan, Nursəl Aydoğan, Leyla Birlik və Gülsər Yıldırımın da həbsdə qalmasına qərar verilib.

Saxlanılan deputatlardan Sırrı Süreyya Önder, Ziya Pir və İmam Taşçıer sərbəst buraxılıb.

Qeyd edək ki, həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.

________________

Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 12 deputatının həbsi barədə qərar icra olunub.

"Report" xəbər verir ki, proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün aşağıdakı şəxslər saxlanılıb:

1. Ferhat Encü 2. Leyla Birlik 3. Selma Irmak 4. Abdullah Zeydan 5. Səlahaddin Dəmirtaş 6. İdris Baluken 7. Figen Yüksəkdağ Şenoğlu 8. Sırrı Sürəyya Öndər 9. Ziya Pir 10. Gülsər Yıldırım 11. Nursel Aydoğan, 12.İmam Taşçinarı.

Müəyyən edilib ki, haqqıda saxlanılma əmri olan Faysal Saryıldız, Tuba Xəzər Oztürk ölkə xaricindədirlər.

Barələrində saxlanılma qərarı çıxarılan İmam Taşçıyer və Nihat Akdoğana qarşı məhkəmə prosesi davam etdirilir.

Məlumata görə, qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan şəxslər şahid ifadələri zamanı məhkəmədə dindirilmək üçün saxlanılıblar.

Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada Diyarbakır, Şırnak, Bingöl Respublika Prokurorluqlarının aidiyyatlı qurumlara verdiyi təlimatlar nəticəsində 11 millət vəkilinin məhkəmə orqanlarına təhvil verilməsi və həbsi ilə bağlı qərarın həyata keçiriləcəyi bildirilib. Nazirlik tərəfindən barələrində həbs qərarı verilən millət vəkilləri Faysal Sarıyıldızla Tuğba Hezer Öztürk xaricdə səfərdə olduğundan yerləri dəqiqləşdirilib, nəzarətə götürülən İmam Taşçıer və Nihat Akdoğanın məhkəmə proseslərinin davam etdiyi bildirilib. Millət vəkillərindən Fərhad Encü, Leyla Birlik, Səlma İrmaq, Abdullah Zeydan, Səlahəddin Dəmirtaş, İdris Baluken, Figen Yüksekdağ Şenoğlu, Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan isə aparılan istintaq prosesləri zamanı ifadə vermədiyinə görə, nəzarətə götürülüb.

Onlara qarşı terror təbliğatı aparma, əsgəri bölgəyə qanunsuz daxil olma və sair ittihamlar irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol