Menu

77 dövlət müəssisə və obyektindən cəmi 9-u özəlləşdi

08.11.2016, 14:36
77 dövlət müəssisə və obyektindən cəmi 9-u özəlləşdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 08 noyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bu barədə “Marja”ya Komitədən bildirilib.

Xatırladaq ki, 08 noyabrda keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılmışdı.

Hərrac nəticəsində dövlət büdcəsinə 0,8 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.

Ekspertlərin özəlləşdirmə prosesinin şaffaflaşdığı və açıq rəqabətə şəraitin yaradıldığı bir dövrdə hərraca çıxarılan obyektlərin hamısının satılmaması haqda fərqli fikirləri var.

İqtisadçı-ekspert Rəşad Əliyev Turan-a bununla əlaqədar deyib ki, hərraca çıxarılan obyektlərin investisiya cəlbediciliyi yoxdur. “Bu tipli obyektlər əmlak bazarında da kifayət qədər təklif olunur. Bazarda isə belə obyekt çətin satılır. Bu azmış kimi, dövlət də “bazara girir”. Digər tərəfdən isə nəzərə alın ki, bunlar “qalıq mallardı “. Yəni elə əvvəldən də yönlü-başlı obyektlər olmayıb, yoxsa çoxdan özəlləşdirilərdi”. Ekspert belə hesab edir.

Ekspert Məhəmməd Talıblı obyektlərin satılmamasını qiymətin yüksək olması ilə bağlamır və onların investisiya cəlbediciliyinin aşağı olması ilə əlaqələndirir. O, həm də ölkənin ümumi investisiya iqliminə də diqqəti çəkir.

“İnvestisiya iqlimini şərtləndirən əsas 4 amilin (siyasi, iqtisadi, hüquqi və sosial) bir çoxu üzrə Azərbaycanda problemlər müşahidə olunur. Bu, xüsusilə səhmdar kapitalının iştirak etdiyi şirkətlərə aiddir”

Məhəmməd Talıblı hesab edir ki, hazırda investorlar vəsaitlərini “bazarın sərt dalğalanmasından qorumaq” xətti tutublar. Nəticədə, bu, bəzən əlverişli biznes layihələrində onların iştirakını çətinləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol