Menu

QLOBAL BAZARLARDA "TRAMP ÇÖKÜŞÜ" - Dollar və neft kəskin ucuzlaşıb - Yenilənib

09.11.2016, 12:40
QLOBAL BAZARLARDA "TRAMP ÇÖKÜŞÜ" - Dollar və neft kəskin ucuzlaşıb - Yenilənib

İnvestorlar Donald Trumpın prezident seçkisində qələbəyə olduqca yaxınlaşmasının ardından mövqelərini dəyişirlər. İnvestorlar riskli aktivləri satıb, qızıl və istiqrazlar kimi etibarlı aktivlər alırlar.

Standard & Poor’s 500 (S&P 500) indeksi Nyu-york vaxtı ilə 23:53-də 2028.50 bəndə düşüb. Müqavilələrin əvvəlki seansın son 30 saniyəsində hesablanan istinad qiymətdən 5 faiz düşməsi halında tətbiq olunan əməliyyat dayandırma proseduru bu gün də həyata keçirilib. Bu dayandırma, kontraktın bu seansda artıq bu səviyyədən daha aşağı düşməyəcəyi mənasına gəlir.

Bütün dünyada səhmlər də, Trumpın qələbəyə olduqca yaxınlaşması ilə sərt düşüb. Dollar və neft kəskin ucuzlaşıb, qızıl isə bahalaşıb.

Avro Dollar qarşısında 2,44%-dən çox qalxaraq 1.1295 səviyyəsinə gəlib (Dollar ucuzlaşıb). Brent nefti isə 3.6% ucuzlaşaraq 44,49 dollara, Teksas nefti isə 3,7% ucuzlaşaraq 43,30 dollara düşüb.

Qızıl isə 4,4% bahalaşaraq 1333 dollara qalxıb.

qubadMusavat.com-un məlumatına görə, Q.İbadoğlu bildirib ki, ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampin prezdient seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib: "İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri aşağə düşüb, Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb. Hazrıda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 5 faiz, Avropa bazarını xarakteriszə edən Euro Stoxx 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi 2,6 faiz faiz dəyər itirib.

Meksika pesosu ilk dəfə olaraq 12 faiz aşağı düşərək, 1 dollara 20 peso həddinə yaxınlaşıb, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb.

İqtisadçı qeyd edib ki, bu hələ son deyil və təbii ki, bu dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol