Menu

Erməni qızları Kəlbəcərin son görüntülərini yaydı - FOTO+VİDEO

11.11.2016, 09:22
Erməni qızları Kəlbəcərin son görüntülərini yaydı - FOTO+VİDEO

Azərbaycanın işğal olunmuş tarixi rayonu Kəlbəcərin son görüntüləri çəkilib. Eməni qızları Azərbaycan torpaqlarında fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.

Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999 ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.  /Baku.ws

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol