Menu

Kralın qardaşı vəfat etdi

12.11.2016, 20:53
Kralın qardaşı vəfat etdi

Səudiyyə Ərəbistanı kralının doğma qardaşı şahzadə Turki İbn Abdel Əziz Əl-Saud şənbə günü dünyasını dəyişib. Trend bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi "SPA"a istinadən məlumat verir.

Şahzadə ömrünün son illərində rəsmi vəzifə daşımayıb, 1968-1978-ci illərdə krallıqda müdafiə nazirinin müavini vəzifəsini icra edib.

Kral sarayı 3 gün ərzində şahzadənin vəfatı ilə əlaqədar başsağlıqları qəbul edəcəyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol