Menu

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

13.11.2016, 11:03
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

Namizəd Rumen Radev 55 faiz səslə favorit hesab olunub

Bolqarıstanda prezident seçkilərinin ikinci turuna start verilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, prezident postu uğrunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev və hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva mübarizə aparacaq.

“Gallup İnternational” agentliyinin ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, Rumen Radev 55 faiz səslə seçkinin favoriti hesab olunub. O, rəqibi Tsetska Tsaçevanı 10 faiz səslə qabaqlayıb.

Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına səsvermə hüququna malik 7 milyon seçicinin adı daxil edilib.

Xatırladaq ki, ötən həftə keçirilən prezident seçkilərinin birinci turunda Rumen Radev seçicilərin 25,76 faiz, Tsetska Tsaçeva isə 21,97 faiz səsini toplayıb. Səsəvermədə təxminən 4 milyon seçici iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol