Menu

Rusiyada iqtisadi geriləmə zəifləyir

14.11.2016, 17:38

Blick auf den Kreml in Moskau, den Sitz des russischen Präsidenten und das Markenzeichen der Stadt, RusslandRusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin III rübündə illik müqayisədə 0,4% təşkil edib. "Report"un "Kommersant" saytına istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiya Statistika Komitəsi tərəfindən verilib.

Qeyd edək ki, Komitənin göstəriciləri daha öncə İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən açıqlanan rəqəmlərlə üst-üstə düşüb. Rusiya ÜDM-i 2016-cı ilin ilk rübündə 1,2%, II rübdə isə 0,6% azalma göstərib.

Xatırladaq ki, İİN Rusiya iqtisadiyyatının IV rübdə artım göstərəcəyini proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol