ABŞ prezidenti Barak Obama hərbi gücünü "super" olaraq xarakterizə etdiyi Rusiyanın bölgədə və dünyada söz sahibi olduğunu bildirib.
"AzPolitika.info"nun məlumatına görə, Berlində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında Obama, "Rusiya, əhəmiyyətli bir ölkədir, hərbi gücü super. Bölgədə və dünyada söz sahibi ölkədir" deyə açıqlama verib. Obama, ABŞ-ın dünyadakı ana problemlərin həlli yolunda Rusiya ilə birlikdə işləməyə istəkli olduğunu ifadə edib.
Bununla yanaşı ABŞ-ın yeni prezidenti Donald Trampın "Rusiyaya qarşı dik dayanmasına" ümid etdiyini ifadə edən Obama, "Ümid edirəm ki, yeni prezident də bənzər bir konstruktiv yanaşma izləyəcək, dəyərlərimizə və maraqlarımıza uyğun nöqtələrdə Rusiyayla əməkdaşlıq edəcək. Dünyadakı böyük problemləri həll etmək üçün, Rusiyayla birlikdə çalışmaq bizim yararımıza", deyə qeyd edib.
AzPolitika.info


Şərhlər