AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriya ordusu Hələb şəhərinin şərq hissəsinə daxil olub. Suriyanın hökumət qüvvələri şəhərin şərq rayonlarının azad edilməsi əməliyyatlarını həyata keçirir. Bu barədə «Əl-Vətən» qəzeti yazıb.
Ordu hissələri Canduldakı dairəvi yoldan Bəndin meydanına doğru irəliləyir. Cəbhənin bu hissəsində onlara «Liva əl-Qüds» adlı Fələstin briqadası dəstək verir. Bu briqada «İnzarat» adlı qaçqın düşərgəsi istiqamətindən hücuma keçib.
Bununla eyni vaxtda artileriya terrorçuların Masakin-Hanano məhəlləsindəki mövqelərinə zərbələr endirir. «Cəbhət Fəth əş-Şam» terrorçu qruplaşmasının (bundan əvvəl özünü «Cəbhət ən-Nusra» adlandırırdı) döyüşçüləri məhəlləri öz nəharəti altında saxlamağa cəhd göstərir və buraya əlavə qüvvələr göndərirlər.
Bundan əvvəl Suriya hərbçiləri Masakin-Hananonun girişindəki 5 əsas atəş nöqtəsini ələ keçirə bilmişdi.


Şərhlər