Menu

«Mosulda vəziyyət humanitar fəlakətə yaxınlaşır!» - Rusiya XİN

24.11.2016, 23:12

zaxarova«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İraqın Mosul şəhərində yaranmış vəziyyəti qiymətləndirərkən, deyib: «Mosulda vəziyyət humanitar fəlakətə yaxınlaşır!»

«Mosulda humanitar fəlakətin yaxınlaşmasından danışmağın vaxtıdır. Şəhər ətrafında yaxın vaxtlarda gərginliyin azalmasından danışmağa əsas yoxdur. İraq qoşunları nəzarət zonasını genişləndirməkdə davam edir, güc strukturları 2 min ekstremistin məhv edilməsindən danışırlar. Mosulun özündə qoşunların hərəkəti böyük çətinliklə həyata keçirilir. Koalisiya tərəfindən endirilən zərbələr isə dinc sakinlərə baha başa gəlir» - deyə, Zaxarova qeyd edib.

«Humanitar vəziyyət davamlı şəkildə deqradasiya etməkdədir. BMT-nin məlumatına görə, şəhərdən və şəhərətrafı yaşayış məskənlərindən qaçanların sayı 70 min nəfərə çatıb. Əhalinin ərzaq ehtiyatı tükənmək üzrədir. Ən dəhşətlisi isə qarşıda duran qeyri-müəyyənlikdir...» - deyə, diplomat fikirlərini bölüşüb.

Bununla bərabər, Zaxarova onu diqqətə çatdırıb ki, qərbli həmkarlar «hələ də reallıqdan uzaq olaraq qalırlar».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol