Menu

51 ildir mühacirətdə olan bacısı Fidelin dəfnində iştirak etməyəcək

27.11.2016, 10:30
51 ildir mühacirətdə olan bacısı Fidelin dəfnində iştirak etməyəcək

AzPolitika.info xarici KİV-ə istinadlə xəbər verir ki, Fider Kastronun bacısı Xuanita Kastro qardaşının dəfn mərasimində iştirak etməyəcək. «Miami Herald» nəşri xəbər verib ki, Xuanita dəfndə iştirakdan imtina edib. O, bəyan edib ki, qan qohumunun ölümündən kədərlənir, amma həyatında bir daha Kubaya qayıtmayacaq, çünki qardaşına görə, 50 il sürgündə yaşamalı olub.

Xuanitanın 83 yaşı var. Fidel Kastro hakimiyyətə gələndən sonra o, 3 il ərzində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edib və 1964-cü ildə ölkəni tərk edən çoxsaylı emiqrantlarla birlikdə ABŞ-a gedib.

«51 il ərzində mən də o zaman ölkədən gedən və öz ölkəsinin azadlığı yolunda mübarizə aparmaq üçün yer axtaran bütün kubalılar kimi sürgündə yaşayıram. Mən heç vaxt öz fikrimi dəyişməmişəm. Amma buna görə, mən çox böyük bədəl ödəməli olmuşam - tənhalıq və ağrılar-sızıntılar...» - deyə, Xuanita situasiyaya belə aydınlıq gətirib. O, sürgündə yaşadığı illərdə ailəsi ilə əlaqələri itirsə də hər zaman Kastro əleyhdarlarının hücumlarına məruz qalıb. Onlar Kastro familyasını daşıdığını Xuanitaya bağışlaya bilməyiblər.

Xuanita ümid etdiyini bidirib ki, qardaşının ölümü qarşıdurma və nifrət yolundan çəkinməkdə kubalılara kömək edəcək və nəhayət, onları birləşdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol