Azərbaycanda fəaliyyət göstərən banklardan cəmi 7-si bu gün valyuta satır. “CDBank”, “Xalq bank” və “Turanbank” ardıcıl olaraq hər gün müəyyən limitlə valyuta satışını həyata keçirib.
Digər banklar isə bəzi günlərdə satışı bərpa etsə də əksər hallarda satışı dayandırıblar. Dollar və avronu ən az limitlə satan “Yapı Kredi Bank ”dır. Bu bank c əmi 50 dollar və 50 avro satır.
Valyuta satışına ən böyük limiti bu gün “NBC Bank” tətbiq edib- 6000 dollar. Bu gün “Xalq Bank” 500 dollar, “Turanbank” və “Dəmirbank” 100 dollar, “Expressbank” 200 dollar, “CDBank” isə kassadakı məbləğdən asılı olaraq valyuta satışı edirlər.
Azərbaycanda fəaliyyət göstərən banklarda daha 3-ü valyuta satışını dayandırıb. Bu gün “Bank Avrasiya”, “Bank Silk Vey” və “Rabitabank” dollar satmaqdan imtina edib. Xatırladaq ki, həmin banklar ötən həftə ABŞ valyutasını limitlə satırdı.
Beləliklə, dollar satmayan bankların sayı 24-ə çatıb. /Fins.az


Şərhlər