Menu

Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

29.11.2016, 14:19
Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakı şəhərində pulsuz "wi-fi" şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.

"Public free wi-fi" layihəsini reallaşdıracaq Çinin "Huawei" şirkətinin Bakı ofisinin tərəfdaşlarla satış üzrə meneceri Səfər Səfərov "Report"a bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər" dövlət qoruğunda ictimai pulsuz "wi-fi" şəbəkəsi tətbiq olunacaq".

Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol