Menu

Peruda zəlzələ olub - Ölən və yaralananlar var

03.12.2016, 09:10
Peruda zəlzələ olub - Ölən və yaralananlar var

Cümə günü Peruda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Perunun Milli Mülki Müdafiə İnstitutu öz "Twitter" bloqunda məlumat yayıb.

"Okuviri dairəsinin rəhbərliyi 1 yeniyetmənin öldüyünü və 17 nəfərin yaralandığını təsdiq edib. Hazırda yaralılar müalicə olunurlar", - deyə xəbərdə bildirilir.

İlkin məlumatlara görə, Okuviri dairəsində 130 tikiliyə ziyan dəyib. Zəlzələnin 5,5 bal gücündə olub. Onun episentri Lampa şəhərindən 58 km. məsafədə yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol