Menu

"Azərbaycanda IX sinfi bitirən 30% şagird X-XI sinfə keçmir" - Məleykə Abbaszadə

05.12.2016, 13:05

meleyke abbazsade azpolitika info“IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir”. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50%-i ali təhsil müəssisələrinə ərizə verir: “Yerdə qalan 50% heç ərizə vermir. Onlar da yenə əmək bazarına üz tutur. Ali təhsil müəssisələrinə sənəd verənlərin yalnızı 30-40%-i ali məktəblərə qəbul olunur. Ali məktəbə qəbul olmayanlar isə 5 il təkrar sənəd verir. Bunlardan təxminən 5%-i ali məktəbə qəbul olunur. Biz bu araşdırmaları 24 ildir aparırıq, bu rəqəmlər 1 ilin rəqəmi deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol