AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, son məlumatlara görə, İndoneziyada baş vermiş güclü zəlzələ qurbanlarının sayı 92 nəfərə çatıb. Məlumatı hərbi mənbələrə istinadla, Qərb KİV-i yayıb.
Bundan əvvəl 54 nəfərin həlak olduğu xəbər verilmişdi.
6,5 maqnitudalı zəlzələ çərşənbə günü gecə saatlarında (Bakı vaxtı ilə) Sumarta (İndoneziya) adasının şimal sahillərində qeydə alınıb. Məlumatı Rusiya Elmlər Akademiyası (REA) Vahid Geofizika xidmətinin Altay-Sayan filialı yayıb. Məlumata görə, ilk təkanın ardınca 5 afterşok qeydə alınıb.
Sözügedən seysmik hadisə «dağıdıcı» kimi dəyərləndirilir.
Cakartadan verilən məlumata görə, əsas zərbə kiçik Meureudu şəhərinə dəyib. Nəticədə, məscid və çoxsaylı digər binalar tamamilə dağılıb, xəstəxana yaralılarda dolub.
Sunami təhlükəsi yoxdur. Zərər çəkmiş rayonlarda xilasetmə işləri başlanıb.


Şərhlər