Menu

BOK Rusiyaya qarşı sanksiyaları uzadıb

07.12.2016, 22:10
BOK Rusiyaya qarşı sanksiyaları uzadıb

Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı sanksiyanı uzadıb.

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, sənədə əsasən BOK Rusiyada hər hansı idman tədbirləri və görüşlərinə dəstək verməyəcək.

Təşkilat həmçinin qış idman növləri üzrə beynəlxalq federasiyaları Rusiya ərazisində yarışlara hazırlığı donduraraq alternativ məkan axtarmağa çağırıb.

Sanksiyalar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iyulun 19-da Ümumdünya antidopinq agentliyi (WADA) komissiyasında Riçard Maklarenin Rusiya idmançılarının Soçi Olimpiadasında dopinq qaydalarını pozduğuna dair məruzəsindən sonra tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol