Menu

Bakıda daha bir piyada keçidi tikilir

09.12.2016, 23:06
Bakıda daha bir piyada keçidi tikilir

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılır.

Trend-in məlumatına görə, piyada keçidi Yasamal rayonunun Hüseyn Cavid prospektində, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı piyada zolağının yaxınlığında inşa ediləcək.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yeraltı piyada keçidinin tikintisinə yaxın vaxtlarda başlanacaq. İki çıxışı olacaq keçiddə eskalatorun quraşdırılması nəzərdə tutulmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol