Menu

Donald Tramp «İlin adamı» elan olundu! - "O, bircə kitab da oxumayıb"

13.12.2016, 20:23

donald-tramp-1

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Financial Times» qəzeti ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı «İlin adamı» elan edib.

Qəzet qeyd edir ki, Tramp siyasətdə mümkün olan və ümumun qəbul etdiyi bütün təsəvvürləri alt-üst etdi.

Nəşr yazır ki, Trampın qələbəsinin «brexit»lə, İtaliyada referendum keçirilməsi ilə və «Qərb dünyasında populizmin püskürməsi» kimi digər təzahürlərlə eyni vaxta düşməsi heç də təsadüf deyil.

Bununla bərabər, Trampın öz biznes-imperiyası xaricində baş verən proseslərə yönəlik qeyri-kompetentliyi böyük narahatlıq doğurur.

«O, sözün gerçək mənasında, tək bircə kitab da oxumayıb, o cümlədən, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konstitusiyasını da» - deyə, qəzet Trampın çoxdankı iş ortağından sitat gətirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol