Menu

Aİ liderləri Rusiyaya qarşı sanksiyaların uzadılmasına dair razılığa gəliblər

16.12.2016, 00:23

avropa_ittifaqi_000Aİ liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılmasına dair razılığa gəliblər.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, müdafiə, energetika və maliyyə sektorlarını əhatə edən sanksiyaların uzadılması prosesinə gələn həftənin əvvəlindən başlanılacaq.

“Blumberq” Aİ nümayəndəsinə istinadən prosesin artıq dekabrın 16-dan başlanacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Fransa və Almaniya liderləri Rusiyaya qarşı sanksiyaların uzadılacağını bildiriblər. Onlar qərarlarını Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması ilə əlaqələndiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol