Menu

Balakəndə ev yanıb - 3 yaşlı uşaq ölüb

23.12.2016, 21:01

adana_yangin_301116_02Balakəndə fərdi evdə yanğın baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, axşam saatlarında Balakən şəhəri, Daanov küçəsində yaşayış evində güclü yanğın qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər evdə 2013-cü il təvəllüdlü Ramal Amil oğlu Alagözovun yanmış meyitini aşkar ediblər.

Hazırda yanğın məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol