AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının fəaliyyətindən məyus olduğunu dilə gətirib. Onun sözlərinə görə, hazırkı anda bu təşkilat yalnız «maraqlar üzrə klub»dan başqa bir şey deyil.
«BMT bunca nəhəng potensiala malikdir, amma indiki anda o, elə adamların klubuna çevrilib ki, bir yerə yığışsınlar, danışsınlar və vaxtlarını yaxşı keçirsinlər» - deyə, Tramp «Tvitter»də yazıb.
Dekabrın 23-də Taramp artıq BMT barədə öz fikrini bildirib. O zaman Prezident bəyan edib ki, yanvarın 20-dən (yeni Prezidentin inauqurasiya günü) sonra bu təşkilatda «hər şey dəyişəcək». Bu replika BMT TŞ-nın İsrail barədə qəbul etdiyi qətnaməyə Trampın reaksiyası olub. Əvvəllər hər dəfə bu cür qətnamələrin qəbulu prosesini bloklayan ABŞ, bu dəfə səsvermə zamanı bitərəf qalıb.
Sənədin qəbulu İsrailin Baş naziri Binyamin Netenyahunu qəzəbləndirib. O, bəyan edib ki, ölkəsi bu qətnamənin tələblərini yerinə yetirmək fikrində deyil. Netenyahu həm də Barak Obama başda olmaqla, ABŞ-n siyasi rəhbərliyini qətnaməni dəstəkləməkdə günahlandırıb.
BMT-də isə hələ seçkiqabağı kampaniyanın gedişi zamanı Trampı ABŞ prezidentliyinə təhlükəli namizəd adlandırmışdılar.

Şərhlər