Menu

«Avakov Prezidentə «stəkan tullamağa» hazırdır!» - Pyotr Geraşenko

28.12.2016, 21:46
«Avakov Prezidentə «stəkan tullamağa» hazırdır!» - Pyotr Geraşenko

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna Ali Radasının deputatı, ölkənin daxili işlər naziri Arsen Avakovun müşaviri Anton Geraşenko «Qordon» nəşrinə müsahibəsində bəyan edib ki, nazir Prezident Pyotr Poroşenkoya «stəkan tullamağa» hazırdır.

Onun sözlərinə görə, Poroşenko «müntəzəm olaraq, hər şeyi necə bilirsə, elə də edir» və bu, böyük problemdir. Nazirin müşaviri qeyd edib ki, dövlət başçısı Poroşenko üçün ixtiyari daxili işlər naziri məqbuldur - bircə şərtlə ki, onun soyadı «Avakov» olmasın.

«Nə baş verməlidir ki, daxili işlər naziri su ilə dolu stəkanı yenidən, amma bu dəfə Odessa qubernatoru Mixail Saakaşviliyə yox, ölkə prezidentinə «tullasın?» sualına cavab verərkən, Geraşenko bəyan edib ki, Poroşenko proseslərin bu cür inkişafına hazırdır və çalışacaq ki, bunun qarşısı alınsın.

«Bu, baş verməyəcək. Heç vaxt. Ona görə baş verməyəcək ki, Poroşenko yaxşı bilir: Arsen Borisoviç ona da stəkan tullaya bilər. Odur ki, Prezident münaqişəni bu mərhələyə yüksəltməyəcək. Beləcə də yazın!» - deyə, Geraşenko açıq hədəyə keçib.

Müsahibədə Geraşenko həm də vəd edib ki, Poroşenko Saakaşviliyə Ukrayna vətəndaşlığı verdiyinə peşiman olacaq.

Gözləyək, görək Ukraynanın Prezidenti bu «çağırış»a necə cavab verəcək?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol