Menu

ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub

30.12.2016, 15:46
ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub

ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.

APA-nın ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.

Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.

Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.

Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol