Menu

«ABŞ Gürcüstanı dəstəkləməkdə davam edəcək» - Senator Makkeyn

01.01.2017, 21:57

Makkeyn«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Respublikaçılar partiyasından ölkə prezidentliyinə keçmiş namizəd, senator Con Makkeyn bazar günü Tbilisidə jurnalistlərə bəyan edib ki, ölkəsi Gürcüstanı dəstəkləməkdə davam edəcək: «ABŞ bundan sonra da Gürcüstanın azadlığını, suverenliyini və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək».

Gürcüstan hakimiyyət dairələrindən verilən xəbərə görə, Makkeyn ölkə Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili və müdafiə naziri Levan İzoriya ilə görüşəcək. İki ölkə arasında strateji həmkarlığın inkişafı məsələləri müzakirə olunacaq.

Dekabrın 30-da İzoriya bəyan edib ki, 2017-ci ilin əvvəlində senator Makkeynin Gürcüstana gözlənilər səfəri «iki ölkənin strateji həmkarlıq münasibətlərinin göstəricisi sayılmalıdır». Onun sözlərinə görə, «ABŞ Gürcüstana dəstəyi artırır. Bunun təsdiqi kimi, iki ölkə arasında iyul ayında imzalanmış «Təhlükəsizlik və müdafiə məsələləri üzrə ABŞ və Gürcüstan həmkarlağının dərinləşdirilməsi haqqında» memorandumu önə çəkmək olar».

Nazir xəbər verib ki, Tbilisiyə səfəri zamanı Makkeyni müdafiə sahəsində və bütövlükdə ölkədə aparılan islahatlarla tanış edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol