Menu

"Gallup": Əksər amerikalılar Trampın qabiliyyətinə inanmır

03.01.2017, 11:29
"Gallup": Əksər amerikalılar Trampın qabiliyyətinə inanmır

Onların 46%-i ABŞ-ın yeni prezidentinin beynəlxalq böhranın öhdəsindən gələ biləcəyini hesab edir

ABŞ-ın “Gallup” sosioloji araşdırmalar şirkətinin sorğusuna əsasən, amerikalıların yarısından azı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın prezident öhdəliklərini yerinə yetirə biləcəyinə əmindir.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, respondentlərin 46%-i Trampın beynəlxalq böhranın öhdəsindən gələcəyini, 47%-i onun hərbi qüvvədən müdrik şəkildə yararlanacağını, 44%-i isə öz administrasiyasındakı qalmaqalların qarşısını ala biləcəyini hesab edir.

Xəbərdə qeyd olunub ki, 10 amerikalıdan 7-si Barak Obama, kiçik Corc Buş və Bill Klintonun qabiliyyətinə etimad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol